Bacısını bıçaqlayan Fuad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən hazırlıq prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı Vüsal Mehrəliyev işin baxışa verilməsini məhkəməyə təklif edib.
Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Fuad Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, əslən Ağdam rayonundan olan zərərçəkən təqsirləndirilən şəxslə barışıb.
Məhkəmə prosesi yanvar ayının 28- nə təyin edilib.