Rusiyada azərbaycanlı "qanuni oğru"lar arasında ən böyük mafiya müharibələrindən biri başlayıb.
Bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, söhbət "qanuni oğru" klanı Ülfət Tağıyev (Rufo Gəncinski), Namik Caniyev ( mərhum "qanuni oğru" Rövşən Caniyevin qardaşı), Zaur Əhmədov (Rövşənin qohumu) və digər tərəf “qanuni oğru” Namiq Səlifov ( mərhum "qanuni oğru" Nadir Səlifovun qardaşı) və ona qoşulan “kriminal general” Vaqif Süleymanovdan gedir.
Məlumata görə, tərəflər arasında gərginlik 2023-cü ilin payızında başlayıb. Rufonun adamlarından olan “1 nömrəli qanun oğru” Badri Koguaşvili Moskvada və digər bölgələrdə iş adamlarına, ticarətçilərə, rəqabət aparan mütəşəkkil cinayətkar qrupların nümayəndələrinə silahlı “razborkalar” və hücumlar həyata keçirməyə başlayıb.
Bununla yanaşı, mərhum "qanuni oğru" “Rövşən Lənkəranski”nin adamı hesab edilən, hazırda isə “Rufo Gənciniski”nin ətrafında olan “Cavid Astaralı” avtomobilində silahlı hücuma məruz qalıb. Hətta bu barədə videogörüntülər paylaşılmışdı. Videoda bir neçə şəxs ayrı-ayrı nöqtələrdən “Cavid Astaralı”nın hərəkətdə olan avtomobilinə silahla hücum edir. Avtoritet avtomobili saxlamayaraq yolda olan digər maşınlara vurub. Hadisə nəticəsində “Cavid Astaralı” bir neçə güllə yarası alıb.
Həmin şəxslər hazırda həbsdə olan kriminal aləmdə “Nihat Quli”, “Nihat Qəbələli” kimi tanınan Nihat Mayısbəylinin adamları olub. Nihat Mayısbəyli mərhum "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) yaxın adamıdır.
"2024-cü ildən başlayaraq Namiq Səlifov və Vaqifin silahlıları Moskvada, Rusiya Federasiyasının digər bölgələrində və qonşu ölkələrdə Rufo quldurlarını “sıxmağa” başlayıblar. Məsələn, Rufonun bu ölkədəki (Rusiya-red.) nümayəndəsi Qazaxıstanda vəhşicəsinə döyülüb. Bütün bu qarşıdurmalar təkcə döyülmələrlə deyil, həm də atışma və sui-qəsd cəhdləri ilə müşayiət olunur. Nəticədə, eyni Rufo Rusiya Federasiyasını tərk etmək məcburiyyətində qalıb və indi Misirdədir. Lakin o, da bu ölkədə özünü təhlükəsiz hiss etmir və İrana köçmək üçün danışıqlar aparır. Eyni zamanda Rufo, Namik Caniyev və Zaur Əhmədov Namiq Səlifovun öldürülməsi üçün 5 milyon dollar mükafat elan ediblər", - KİV yazıb./unikal