Azərbaycanlı "Monte Karlo" kafesində qan tökdü

Sankt-Peterburqun Frunzenski rayonunda “Monte Karlo” kafesinin yaxınlığında dava düşüb.

Stopnarkotik.az lent.az-a istinadən bildirir ki, polisə Budapeşt küçəsində bıçaqlanma barədə məlumat daxil olub.

Müəyyən edilib ki, Sankt-Peterburq şəhərinin 31 yaşlı sakini ilə həmyaşıd Azərbaycan vətəndaşı arasında münaqişə baş verib. Nəticədə miqrant rəqibini bıçaqlayaraq qaçıb.

Tezliklə şübhəli şəxs “isti izlər”lə saxlanılıb. Zərərçəkmiş qarın nahiyəsinin kəsici-deşici yarası və 2-ci dərəcəli şokla ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.