43 yaşlı azərbaycanlı iş adamı Emin Quliyev Moskva vilayətinin Reutov şəhərindəki atıcılıq meydançasına güllələnib.
Moskva vilayətinin İstintaq Komitəsinin məlumatına görə, kişi yerindəcə keçinib.
Bildirilir ki, Emin Quliyev ötən gecə 17 yaşlı ögey oğlu Dənizlə birlikdə Reutov şəhərinin Pobeda küçəsində yerləşən “Streletski” atıcılıq və idman mərkəzinə gedib.
"Tiqr" karabinini götürüb atıcılıq məşqlərinin keçirildiyi otağa girən Emin özü atış edib və daha sonra karabini Dənizə verib.
O, oğulluğunun şəklini telefonu ilə çəkmək üçün qabağa çıxıb. Bu zaman ögey atasını görməyən Dəniz atəş xəttinə keçərək karabindən atəş açıb və ehtiyatsızlıqdan Emini vurub.
Hadisə nəticəsində sinəsindən yaralanan azərbaycanlı iş adamı yerindəcə keçinib. Yeniyetmə barəsində ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə iş açılıb. Araşdırma aparılır./"unikal"