Xəbər verdiyimiz kimi, “Qalatasaray" və "Fənərbaxça" arasında keçirilməsi planlaşdırılan Türkiyə Super Kuboku uğrunda qarşılaşma təxirə salınıb.
Səudiyyə Ərəbistanının paytaxtına təyin olunan "derbi" artıq bu ölkədə oynanılmayacaq.
Buna səbəb Ər-Riyaddakı qarşılaşma öncəsi Türkiyə himninin səslənməsinə və komandaların Mustafa Kamal Atatürkün "Yurtta Sulh, Cihanda Sulh" sitatının yer aldığı pankartla meydana çıxmasına qoyulan qadağa olub.
Musavat.com xəbər verir ki, azərbaycanlı “Qalatasaray" və "Fənərbaxça" tərəfdarları bu klublara çağırış ünvanlayıb. Belə ki, hər kəs pankart paylaşaraq futbolçuları Ər-Riyaddan birbaşa Bakıya uçmağa səsləyib.
"Ər-Riyaddan birbaşa Bakıya uçun" yazılan pankartlar hazırda sosial şəbəkələrdə kütləvi şəkildə paylaşılır.