Noyabrın 13-də İsmayıllı seysmoloji stansiyasından 4 kilometr şimalda - İsmayıllı rayonunda zəlzələ baş verib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, saat 02:50-də baş verən 3 maqnitudalı zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.