Azərbaycanda ata və iki oğlu BIÇAQLANDI

Mingəçevir şəhərində makler və onun iki oğlu bıçaqlanıb. 

Hadisə M.Maqomayev prospektində baş verib.

Daşınmaz əmlakın satışı ilə məşğul olan makler Canpolad Qarayev, oğlanları Elvin və İbrahim Qarayevlərin Elvin Abdullayevlə aralarında baş verən mübahisə qanlı davaya çevrilib.

Ata, oğlanları və münaqişə iştirakçısı olan dördüncü şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törədən şəxs qaçmağa çalışsa da, o, Gəncə şossesi istiqamətində müəyyən olaraq həkim briqadasına təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, 4 nəfərin xəsarət alması ilə nəticələnən mübahisə ilə bağlı polisə məlumat daxil olub. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir./unikal