Azərbaycanda 15 yaşlı qız erkən nikahın qurbanı olub - FOTO

Azərbaycanda daha bir yeniyetmə qız erkən nikahın və fiziki zorakılığın qurbanı olub. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. 

Onun sözlərinə görə, 15 yaşlı qız yetkinlik yaşına çatmadan məcburi evləndirilib. O, həmçinin fiziki zorakılığa məruz qalıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib.