Azərbaycana qızılca vaksinləri nə vaxt gətiriləcək? - RƏSMİ

Azərbaycana qızılca ilə bağlı ilin sonunadək orta və yaşlı şəxslər üçün vaksinlər gətiriləcək.

Stopnarkotik.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vaksinlərin gətirilməsini Səhiyyə Nazirliyi təşkil edəcək.

TƏBİB sədri qeyd edib ki, hazırda ölkə epidemioloji durum stabildir, narahatlığa heç bir əsas yoxdur.