Rusiyanın İstintaq Komitəsi Sankt-Peterburqda üzvləri yoldan keçənlərə hücum edən “Azərbaycan mafiyası” işi üzrə daha bir şübhəlinin saxlanıldığını açıqlayıb.
Stopnarkotik.az lent.az-a istinadən bildirir ki, bu barədə İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Saxlanılan şəxs 16 yaşlı Azərbaycan vətəndaşıdır. İdarədən bildirilib ki, hazırda saxlanılan şəxslə bağlı istintaq hərəkətləri aparılır, barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. İstintaqın məlumatına görə, yeniyetmə digər oğlanlarla birlikdə yoldan keçənlərə hücum edib, ictimai yerlərdə dava salıb.
İş üzrə ümumilikdə 8 gənc saxlanılaraq həbs edilib, onlardan 4-ü barəsində cinayət işi açılıb. İstintaq Komitəsi əlavə edib ki, digər cinayət ortaqlarına yaxın vaxtlarda ittiham irəli sürüləcək.
Oktyabrın ortalarında Sankt-Peterburq sakinlərinin “Azərbaycan mafiyası” tərəfindən terrora məruz qalması barədə xəbərlər yayılıb.