Azərbaycan 3 ölkə ilə Xəzər dənizi-Qara dəniz marşrutu yaradacaq

Bu ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutunun yaradılması haqqında saziş imzalayacaqlar. Bu barədə Daşkənddə keçirilən Transxəzər Nəqliyyat Dəhlizi və Nəqliyyat Əlaqələrinin İnkişafı üzrə İnvestor Forumunda çıxış edən Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Kvrivişvili bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs Xəzər regionu ilə Avropa İttifaqı arasında yeni multimodal nəqliyyat körpüsü yaradacaq, giriş marşrutlarını şaxələndirəcək və logistika zəncirlərinin dayanıqlığını gücləndirəcək.

O əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tam istifadəyə verilməsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında fasiləsiz və səmərəli əlaqəni təmin edəcək və bütün marşrutun əməliyyat səmərəliliyini artıracaq. 

Stopnarkotik.az