Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 326-cı (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə axtarışda olan 40 yaşlı Rüstəm Əzizov saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bununla yanaşı Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalarla onun rayonun Qobu, Atyalı və Aşağı Güzdək qəsəbələrində müxtəlif vaxtlarda 3 evdən pul və ümumilikdə dəyəri 10 000 manatdan çox olan qızıl-zinət əşyaları oğurlaması müəyyən olunub.