Mayın 23-də ölkədə qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.