AVTOMAT, TÜFƏNG, QUMBARA... - Vətəndaşlardan xeyli sayda silah-sursat götürüldü

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 3 alışdırıcı, 1 tüfəng, 14 patron darağı və 182 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.