AVROPA LİQASI: “Qarabağ”ın 1/8 finaldakı rəqibi bəlli oldu

Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində baş tutub. Püşkatma zamanı Ağdamın “Qarabağ” klubunun da rəqibi müəyyənləşib. 

Belə ki, ağdamlılar bu mərhələdə “Bayer” (Almaniya) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “köhlən atlar” ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını martın 14-də səfərdə keçirəcək.

Avropa Liqası

1/8 final

"Sparta" (Çexiya) - "Liverpul" (İngiltərə)

"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)

"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)

"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)

"Milan" (İtaliya) - "Slaviya" (Çexiya)

"Qarabağ" (Azərbaycan) - "Bayer 04" (Almaniya)