Alman ekspertlər xəbərdarlıq edir ki, terrorçular Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına PUA-lardan istifadə edərək hücum edə bilərlər.
Bu barədə “BİLD” nəşri məlumat yayıb.
Ekspertlər xəbərdarlıq edir ki, Ukrayna müharibəsi və Fars körfəzindəki husilərin əməliyyatları müasir dronların hücum edənlərin əlində nə qədər təhlükəli olduğunu göstərib: “Almaniya polis həmkarlar ittifaqının rəhbəri Andreas Rosskopf təsdiqləyir ki, dronlar ən böyük problemlərdən birinə çevrilir, ona görə də Avropa çempionatı zamanı onlar bütün Almaniyada PUA-ların uçuşlarına ümummilli qadağa tətbiq edəcəklər. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları kifayət qədər hazırlıqlıdır və dronlara qarşı mübarizə aparmaq üçün təchiz ediliblər. Məsələn, onların dron əleyhinə silahları var”.
Ekspertlər onu da qeyd edib ki, indi terrorçular bir qayda olaraq internet vasitəsilə alınan kiçik kommersiya PUA-larından istifadə edirlər: “Onlar mövcud döyüş bölgələrində müasir hərbi PUA-ları ələ keçirə bilsələr, təhlükə artacaq”./azpolitika.info