Aşpaz sevgilisi ilə birgə kişini doğrayıb qazanda qaynatdı

Fransada sevgilisi ilə birlikdə ev sahibini öldürən və qalıqlarını qazanda bişirən aşpaz mühakimə olunacaq.

Stopnarkotik.az xarici KİV-ə istinadla bildirir ki, müttəhimlər kürsüsündə 69 yaşlı Filip Şnayder və 43 yaşlı Natali Kabubassi olub. İstintaqın məlumatına görə, onlar 2023-cü ildə meşəlik ərazidə yerləşən qonşularının evini qarət etməyə cəhd ediblər.

Oğurluqdan sonra Şnayder və Kabubassi kişini tikə-tikə doğrayıb, qalıqlarının bir hissəsini qazanda qaynadıblar. Qalan qalıqları yandırıblar və külünü ətrafa səpiblər.

Məhkəmə iclasları zamanı Şnayder günahını tamamilə etiraf edib.