Bakıda arvadını və iki azyaşlı uşağını qətlə yetirməkdə təqsirli bilinən Ələsgər Ələkbərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Stopnarkotik.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Ələsgər Ələkbərov Buzovna qəsəbəsinin Albalılıq dayanacağı, Nəriman Əliyev küçəsində yerləşən həyət evində Jalə Rahib qızı Ələkbərovanı, azyaşlı uşaqları - 8 yaşlı Xatimə Ələkbərovanı və 1 yaşlı Tapdıq Ələkbərovu bıçaqla çoxsaylı xəsarətlər yetirməklə, xüsusi amansızlıqla qəsdən öldürüb. Daha sonra polisə könüllü gələrək təslim olub.
Ələkbərov Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7), təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə (120.2.9), quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə (120.2.11) maddələri ilə ittiham olunub.
İş üzrə dindirilmiş Ələsgər Ələkbərov ifadəsində bildirib ki, bu nigahdan əvvəl evli olub. Lakin Jaləyə görə birinci ailəsini tərk edib. 1999-cu ildə onunla ilə həyatı qurub və nigahlarından bir qızı və oğlu dünyaya gəlib. Uzun illər ailə həyatları sabit öz axarı ilə getsə də, son vaxtlar Ələsgər arvadının xəyanət etməsindən şübhələnməyə başlayıb.
2008-ci ilin avqust ayında oğlu Tapdıq körpə olan zaman Jalə mobil telefonla ona zəng vurub Rafiq adlı şəxslə Sahil qəsəbəsində olarkən avtomobil qəzasına ugradıqlarını və maşın Salyan rayonunda qeydiyyatda olduğu üçün hazırda həmin rayonda olmasını deyib. Məhs bundan sonra onda əminlik yaranıb ki, yoldaşı onu aldadır.
Bir müddətdən sonra yoldaşı Rafiq adlı şəxsin qohum olduğunu deyib onunla heç bir əlaqəsinin olmadığına and içib Ələsgərdən xahiş edib ki, Rafiq imkanı olmadığı üçün onlarda gəlib kirayədə qalsın və uşağı məktəbə aparıb gətirsin. Ələsgər Jalədən ayrılmaq istəmədiyi üçün etiraz etməyib və Rafiqin evlərində kirayədə qalmasına razılıq verib.
Təqsirləndirilən şəxsin sözlərinə görə avqustun 19-da arvadı Saatlı rayonunda qohumunun toy məclisinə qardaşı ilə getmək üçün ondan icazə alıb. Lakin sonradan məlum olub ki, Jalə onu aldadaraq toya Rafiqlə birlikdə gedib.
Avqustun 20-də gecə saat 3 radələrində işdən evə sərxoş vəziyyətdə gələn Ələsgər Ələkbərov Jalə ilə uşqlları öz otağında Rafiqi isə digər otaqda yatdıqlarını görüb. O, yataq dəstini götürüb həyətə çıxıb və qapının yanında yatıb. Səhər Rafiq çıxıb getdikdən sonra Jalə həyətdə olan əlavə tikintini başa çatdırmamağı ona irad tutub. Ələsgər yorğun olduğunu dedik də, Jalə onun birinci arvadından olan uşaqlarının və valideynlərinin ünvanına söyüşlər söyüb sonra isə hamam otağına keçib. Həmin vaxt işdə istifadə etdiyi bıçaq Ələsgərin əlində olub. O, yoldaşının söyüşlərinə dözməyib arxasında həmin otağa keçərək qapını bağlayıb və Jalənin qarın nahiyyəsindən ilk zərbəni vurub. Qadın birdə belə şey deməyəcəyini söyləyərək ona yalvarmağa başlayıb. Amma Ələkbərov buna baxmayaraq yenə qadına ardıcıl zərbələr endirib.
Ələsgər Ələkbərov ifadəsinin davamında özündə olmadığı üçün həyətdə oynayan uşaqları evə neçə çağırdığını xatırlamadığını bildirib. Onları hansı şəraitdə öldürdüyünü bilməyib. Yaralanan qızı Xatimə ondan su istəyərkən o, nə iş tutduğunu anlayıb. Bundan sonra Ələsgər bıçağı çarpayının üzərinə qoyaraq döşəylə uşaqların üstünü örtüb və evin qapılarını bağlayıb gedib.
O, bildirib ki, qardaşına zəng edərək törərdiyi əməli ona danışıb. "Gənclik" metrostansiyasının yanında görüşərkən qardaşı ora birinci arvadından olan uşaqlarını da gətirib. Onlarla görüşdükdən sonra Ələsgər Ələkbərov polis bölməsinə gedərək hadisə barədə məlumat verib.
Məhkəmə prosesində məhrum Jalə Ələkbərovanın qardaşı Misir zərərçəkmiş şəxs qismində ifadə verərək bildirib ki, bacısı Ələsgərlə ailə həyatı qurmamışdan əvvəl ailədən xəbərsiz bir şəxsə qoşularaq qaçıb. Lakin bir müddətdən sonra həmin adam onu atıb. Zərərçəkən bacısının mütəmadi yalan danışmasını təsdiq edib. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, yalnız uşaqları öldürdüyünə görə onu bağışlamadığını qeyd edib.
Ələsgər Ələkbərov ittiham üzrə özünü təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə o, CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.