Amansız qətl: 30 bıçaq zərbəsi vurdu - FOTO

Türkiyədə qətl hadisəsi olub.

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Bursa şəhəri Mudanya qəsəbəsində baş verib. Hasan Ş. küçədə velosiped sürən Mustafa Çikinlə rastlaşıb. Pul borcuna görə aralarında ədavət yarandığı üçün öz mikroavtobusu ilə Mustafa Çikini qovmağa başlayıb. Lakin maşınla əzib öldürə bilməyəcəyini görüb və dar küçələrin birində tərəflər arasında münaqişə yaranıb.

Bu zaman Hasan Ş. ədavətli olduğu Çikinə 30 bıçaq zərbəsi vuraraq onu öldürüb. Daha sonra polisə gedərək təslim olub. Hazırda araşdırma aparılır.