Almaniyada çətənə leqallaşdırıldı

Almaniyada çətənə leqallaşdırılıb. Belə ki, 2024-cü il aprelin 1-dən etibarən almanlara narkotiki saxlamağa və yetişdirməyə icazə veriləcək.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Bild” yazıb. “Bild”in verdiyi məlumata görə, qanun bir sıra ştatların nümayəndələrinin və tibb ictimaiyyətinin tənqidlərinə baxmayaraq təsdiqlənib.

Çətənəni leqllaşdırmağı Almaniyanın Səhiyyə naziri Karl Lauterbax təklif edib. Onun fikrincə, bu qara bazarla mübarizə yolu olacaq.

Stopnarkotik.az