2023‐cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən 49 cinayət (2022‐ci ildə 51) qeydə alınıb.
Stopnarkotik.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
2023‐cü ildə qadınlarla bağlı 6825, o cümlədən zorakılıqla müşayiət olunan 2344 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və sairə məişət zəminli cinayətlərin sayı 1210 (2022‐ci ildə 1175), o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 147 fakt olub.
Qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4519 şəxs müəyyən edilərək 63,3%‐i (2861‐i) məsuliyyətə cəlb olunub. Qadınlara qarşı həyat və sağlamlıq əleyhinə törədilmiş 1822 cinayət qeydə alınıb. Onlardan 1544‐ü qəsdən sağlamlığa yüngül zərər vurma, 176‐ı qəsdən sağ lam ‐ lığa ağır və az ağır zərər vurmalar, 68‐i qəsdən adam öldürmə, 18‐i özünü öldürmə həddinə çatdırma, 16‐ı əzab vermə ilə bağlı cinayətlər olub.