Aİ rəsmisi İrəvana irad tutdu: erməni cəmiyyəti nifrət nümayişi üzərində düşünməlidir

Avropa İttifaqı İrəvana irad tutub və bildirib ki, Ermənistan vətəndaş cəmiyyəti nifrət nümayiş etdirmək üzərində düşünməlidir.

Stopnarkotik.az bildirir ki, mayın 31-də Ermənistan Demokratiya Forumu zamanı Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin Ermənistandakı vətəndaş cəmiyyətini sağlam düşüncəyə çağırıb. 

“Bu, dövlət qurumlarına da aiddir. Bəli, tənqidi edin, amma arqumentlərə əsaslanın. Mən bu istiqamətdə hərəkətin olmasını istərdim. Bu, təkcə Ermənistanda deyil, hər yerdə, Almaniyada da problemdir”, deyə Andrea Viktorin İrəvana irad tutub.

Avropanın Qrabağ münaqişəsinin 30 illik dönəmi ərzində Ermənistanın havadarlığını etdiyini və təəssübünü çəkdiyini nəzərə alsaq, Aİ rəsmisinin nəhayət ki, İrəvana iradının səsləndirilməsinin nəyin nəticəsi olduğu üzərində fikir yürütmək maraqlıdır. Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri, loru dildə desək bu qış Avropanın Azərbaycanın "hesabına qızındığını" diqqətə alsaq düşünə bilərik ki, nəhayət Avropa ona faydanın kimdən gəldiyinin fərqinə varmağa, ən azı etika xətrinə ədalətli olmasa da, ədalətli olmağı bacardığını nümayiş etdirməyə başlayıb. Əlbəttə, Aİ rəsmisinin bu qınamasında bizə tərəf olduğunu düşünmək sadəlövhlük olardı. Amma ən azından "genosid" adlı erməni yalanının artıq əvvəli tək təsirli olmadığı da aydındır. 

Stopnarkotik.az