Ağsuda DƏHŞƏT: 42 yaşlı kişi ülgüclə özünü doğrayıb öldürdü

Ağsu rayonunda intahar hadisəsi olub.

Stopnarkotik.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xanbulaq kəndində qeydə alıb. Kənd sakini 1981-ci il təvəllüdlü Aliyarov Elxan Cəlal oğlu ülgüclə özünə qəsd edərək boğaz və qol nahiyəsini doğrayıb. Nəticədə, E. Aliyarov qanaxmadan dünyası dəyişib. Onun meyidi aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.