Ağsu xəstəxanasının vəzifəli şəxsləri məhkəmə qarşısında - 126 MİN MANATLIQ DƏLƏDUZLUQ

Əlillik dərəcəsinin təyini və pensiyaların bərpası adı ilə vətəndaşların pulunu ələ keçirməkdə təqsdirləndirilən Ağsu xəstəxanasının vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.

Prokuror ittiham aktını elan edib. Təqsdirləndirlən şəxslər özlərini qismən təqsirli bildiiklərini qeyd ediblər.

Müdafiəçilər vəsatət verərək bildirib ki, təqsirləndirilən şəxslər ayrı-ayrılıqda dələduzluq ediblər, onların vahid niyyəti olmayıb.

Vəkillər vəsatətlərində müvəkkilləri barəsində olan cinayət işinin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməsini xahiş ediblər.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.

Qeyd edək ki, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Ehtibar Soltiyevin Arif Talıbov və qeyriləri ilə qabaqcadan əlbir olaraq 2022-2023-cü illər ərzində əlillik dərəcəsinin təyin edilməsi və dayandırılmış pensiyanın bərpasına köməklik göstərilməsi ilə bağlı onlara müraciət etmiş ayrı-ayrı şəxslərin aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 126 min manatdan artıq pul vəsaitini ələ keçirilib.

İstintaq tədbirləri nəticəsində cinayət işi üzrə vurulmuş ziyandan 120 min manatın ödənilməsi təmin edilib.

Təqsirləndirilən Ehtibar Soltiyev və Arif Talıbova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.