Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən marketlərin birinin yaxınlığında qeydə alınıb.
1994-cü il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə Ağstafa xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Qazaxda yerləşən xəstəxanaya aparılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərid Hüseynov saxlanılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.