Ağdaşda bıçaqlanma hadisəsi olub.
Hadisə rayonun Aral-1 kəndində baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü rayon sakini Kərimov Nəriman Qüddəsər oğlu mübahisə zəminində bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının durumu orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.