Ağdaşda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, rayonun Birinci Aral kəndində 23 yaşlı Rəhim Kərimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisi, 1969-cu il təvəllüdlü Nəriman Kərimova yaşadığı evdə kəsici alətlə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.