Ağdaşda fərdi yaşayış evində kişi meyiti tapılıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə noyabrın 12-də qeydə alınıb.
Belə ki, Rusiya Federasiyası vətəndaşı, 14.07.1958-ci il təvəllüdlü Mahir Mamedov tək yaşadığı Ağdaş şəhərində yerləşən fərdi yaşayış evində qonşuları tərəfindən ölmüş vəziyyətdə aşkar olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.