Ağdaş və İsmayıllı sakinləri odlu silahları polisə verdilər

Ağdaş və İsmayıllı Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı  profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri 4 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində isə rayon sakinindən qanunsuz saxladığı 1 ədəd tüfəng  aşkar edilərək götürülüb.