Ağdaş sakinindən qanunsuz saxladığı odlu SİLAH GÖTÜRÜLDÜ

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polisəməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.