Ağdamda ata qızını öldürüb həyətdə basdırıbmış - 4 İL SONRA ÜZƏ ÇIXDI / YENİLƏNİB

Ağdamda 4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.

Axtarış rayonun İmamqulubəyli qəsəbəsində aparılır.

Meyiti axtarılan şəxsin qəsəbə sakini, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızı olduğu bildirilir.

Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Bu gün evin həyətyanı sahəsinə baxış keçirilib. Hazırda kənddən keçən su kanalında axtarışlara başlanıb./apa

***13:26

Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb.

Hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Verilən məlumata görə, qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu qızı, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızını 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Meyit hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkara çıxarılıb.

Faktla bağlı araşdırmalar aparılır./apa