Abşeronda QƏTL: 20 yaşlı gənc bıçaqlanaraq öldürüldü - YENİLƏNİB

Abşeronda 20 yaşlı oğlanı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Hadisəni törətməkdə şübhəli bilinən, 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***09:04

Abşeronda qətl hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.

2005-ci il təvəllüdlü Elmir Axundov naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.