ABŞERONDA ƏMƏLİYYAT: narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində polisə məlumat daxil olub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməldə şübhəli bilinən A.Məmmədxanov və F.Ağayev müəyyən olunaraq saxlanılıblar.

Onlardan ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.