Abşeronda mağaza qarət olunub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, sentyabrın 1-də rayon ərazisindəki mağazaların birindən 3424 manat dəyərində tütün məmulatı soyğunçuluq yolu ilə talanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qasımov müəyyən olunaraq saxlanılıb.