Abşeronda evlərə qənim kəsilən keçmiş məhkum saxlanıldı

Abşeron rayonunda talama cinayətləri qeydə alınıb.

Bu barədə Stopnarkotik.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda iki evdən 3060 manat pul və qızıl-zinət əşyalarını oğurlayıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 34 yaşlı T.Ağasıyev saxlanılıb.

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakininə məxsus mopedi oğurlamaqda şübhəli bilinən 46 yaşlı X.Hidayətov tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.