Abşeronda evdən külli miqdarda pul və qızıl oğurlandı

Abşeron rayonu Fatmayı qəsəbəsində evlərdən birindən 8000 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.