Abşeronda evdən 8000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.