Abşeron sakininə qarşı külli miqdarda dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, faktla əlaqədar Abşeron rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbiri keçiriblər.
Nəticədə iyulun 9-da Xırdalan şəhər sakini olan bir nəfəri aldadaraq dələduzluq yolu ilə bank hesabına 23500 manat ödətdirməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini E.Rəhimzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.