Abşeronda DƏHŞƏT: ər arvadını boğub öldürdü

Abşeronda qətl törədilib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.

Zaqatala rayon sakini, 1993-cü il təvəllüdlü Məhəmməd Ramazan oğlu Daşdəmirov kirayədə yaşadığı evdə arvadı, 2002-ci il təvəllüdlü Günay Rövşən qızını boğaraq öldürüb.

Hadisə qısqanclıq zəminində törədilib.

M.Daşdəmirov könüllü olaraq Zaqatala Rayon Polis Şöbəsində gedərək təslim olub.

Araşdırmalar Abşeron rayon prokurorluğu tərəfindən aparılır.