Abşeronda 2 min manatlıq it oğurlandı

Abşeronda it oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 20-də Ceyranbatan qəsəbəsi ərazisindən qəsəbə sakini C.Məmmədova məxsus 2000 manat dəyərində iti oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini R.Şahbazov saxlanılıb. Araşdırma aparılır.