ABŞ narkotiklə mübarizə üçün daha iki hərbi bazada qüvvələrini yerləşdirəcək

ABŞ-ın müharibə naziri Pit Heqset Dominikan Respublikasına səfərə gedib. Dominikan rəhbərliyi ABŞ hərbi hava qüvvələrinə “San Isidro” aviabazasına və Las Americas Hava Limanına giriş imkanı verəcəyinə söz verib.

Stopnarkotik.az xəbər verir ki, hava bazalarında KC-135 tanker təyyarələri və C-130 nəqliyyat təyyarələrinin yerləşdirilməsi planlaşdırılır. Lakin Dominikan rəhbərliyi artıq bu tənzimləməyə yalnız məhdud müddətə icazə verdiyini bildirib.

Danışıqların əsas mövzusu Karib dənizində narkotik qaçaqmalçılığına qarşı mübarizəyə görə hərbi bazaların ABŞ-a müvəqqəti verilməsi olub.

Həqiqətən də, Dominikan Respublikası bir vaxtlar ABŞ-a Bolivar liderinin hökumət təyyarəsini müsadirə etməkdə fəal kömək etmişdi. Müxalifət isə uzun müddətdir ki, "qanuni seçilmiş" Venesuela prezidentinin andiçmə mərasimini burada keçirmək ideyası ilə məşğul olurdu. Aamerikalılar və Dominikan rəhbərliyi Haiti məsələsini açıq şəkildə müzakirə ediblər. Ola bilsin ki, ABŞ bu addımlar hərc-mərcliyin baş alıb getdiyi Haitini də nəzarətə almaq fikrindədir.

Stopnarkotik.az