ABŞ: İran İsrail-Fələstin münaqişəsini gərginləşdirməyə çalışır

ABŞ bildirir ki, İran və İranın maliyyələşdirdiyi hərbi qüvvələri son bir neçə gündə İsrail və HƏMAS arasında münaqişəni gərginləşdirməyə çalışıblar.

Stopnarkotik.az bildirir ki, ABŞ müdafiə rəsmisi bazar ertəsi keçirdiyi brifinqdə İraq və Suriyadakı ABŞ qüvvələrinin PUA-lar və raketlərlə hücuma məruz qaldığını bildirib.

“SkyNews”un məlumatına görə, adı açıqlanmayan müdafiə rəsmisi jurnalistlərə deyib: “İcazə verin, İraq və Suriyadakı ABŞ qüvvələri ilə bağlı məsələyə aydınlıq gətirim. Onlar yalnız bir məqsəd üçün oradadırlar. ABŞ hərbi qüvvələrinin İraq və Suriyada olma məqsədi “İslam Dövləti”nin (İŞİD) məğlubiyyətində əsas rol oynayan yerli tərəfdaşlara dəstəkdir, başqa məqsəd yoxdur”.

ABŞ rəsmisinin sözlərinə görə, İran İŞİD-in bərpasına və regionda sabitliyin daha da pozulmasına şərait yaradır.

Stopnarkotik.az