97,2 KQ NARKOTİK, 80 ƏDƏD METADON... - Ələ keçirilən narkotiklərlə bağlı rəsmi açıqlama

Yanvarın 23-də ümumi çəkisi 97,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 80 ədəd metadon aşkar olunaraq götürülüb.

Stopnarkotik.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanlb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - nazirlikdən bildirilr.