Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb - SƏBƏB

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1989-cu il təvəllüdlü T. A.Həsənova özünə bıçaqla xəsarət yetirib.

O, qarın nahiyəsinin kəsilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirlib.

Yaralının yaxınlarının bildirdiyinə görə, qadının özünə xəsrət yetirməsinə nevrotik pozuntu səbəb olub.

Faktla bağlı araşdırma aparılır.