Qubada 86 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən Zülfüqar İsmixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir, istintaq orqanı tərəfindən cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası mayın 2-nə təyin edilib.
Qeyd edək ki, keçən ilin dekabr ayında Quba rayonunun Bağbanlı kənd sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.