Ötən gün Abşeronda iaşə obyektində törədilən qətlin təfərrüatı məlum olub.
Stopnarkotik.az xəbər verir ki, Xırdalan şəhərində obyektdə oturan 3 nəfər arasında mübahisə düşüb. Kafe sahibi bildirib ki, onların mübahisəsini görüb və çölə çıxmalarını xahiş edib.
İddialara görə, borc üstündə başlayan mübahisə nəticəsində 35 yaşlı Heybət Quliyev qətlə yetirilib. Mübahisəyə 8 manat borcun səbəb olduğu bildirilir.
Hadisə baş verən əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, cümə günü saat 22 radələrində qətl törədilməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı İlkin Novruzov saxlanılaraq istintaqa təhvil verilib.
***21:34, 17.05.2025
Abşeronda 35 yaşlı kişi boğazı kəsilərək qətlə yetirilib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Stopnarkotik.az-a bildirib ki, hadisənin mayın 16-da saat 22 radələrində baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib.
*** 20:16, 17.05.2025
Abşeronda 35 yaşlı kişinin boğazını kəsərək qətlə yetirilib
Stopnarkotik.az xəbər verir ki, hadisə Xırdalanda qeydə alınıb.
1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyev boğazı kəsilərək qətlə yetilib.
Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.