Gəncədə 73 yaşlı kişi özünə bıçaqla xəsarət yetirib.
Stopnarkotik.az-ın məlumatına görə, hadisə şəhərin Zərdani küçəsində qeydə alınıb.
Şəhər sakini, 1950-ci il təvəllüdlü Roman Məmmədov Ənvər oğlu boğaza və qarnın daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat edilib,vəziyyətinin ağır olduğu bildirilir.
73 yaşlı kişinin hansı səbəbdən özünə xəsarət yetirdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.