5,2 KQ TİRYƏK, 1,3 KQ HEROİN, 2,3 KQ MARİXUANA... - Gün ərzində 8,8 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 26-da ümumi çəkisi 8,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin, 2,3 kiloqramdan çox marixuana, 5,2 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 692 ədəd psixotrop tərkibli həb və 4000 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.