5 nəfəri güllələdi, daha sonra öz başına atəş açdı... - DƏHŞƏTLİ QƏTLİAM

Türkiyədə beş nəfəri öldürən Suriya vətəndaşı intihar edib.

“Haber Global” xəbər verir ki, hadisələr Qaziantepin Şahinbəy rayonunun Üçoklar, Barak və Vətən məhəllələrində baş verib.

İddiaya görə, psixoloji problemləri olan H. Mustafa adlı Suriya vətəndaşı əvvəlcə bərbərxanada bir nəfəri, sonra isə evdə dörd nəfəri tapança ilə güllələyərək öldürüb.

İki nəfəri yaralayan cinayətkar hadisə yerindən qaçıb. Polis tərəfindən təqib edilən H. Mustafa baş nahiyəsinə atəş açaraq intihar edib.