44 il həbsdə qaldıqdan sonra bəraət aldı

Ronni Lonq adlı ABŞ vətəndaşı günahsız yerə 44 il həbsdə yatdığına görə 25 milyon dollar təzminat alacaq.

Stopnarkotik.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, o, 1976-cı ildə soyğunçuluq və zorlama ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib. Həmin vaxt onun 21 yaşı olub. 2020-ci ilin avqustunda isə məhkəmə ona tam bəraət verib və hökmü ləğv edib.

68 yaşlı kişinin yaşadığı Şimali Karolina ştatının Konkord şəhər rəhbərliyi ondan açıq məktub şəklində üzr istəyib.

“Cənab Lonqa, onun ailəsinə, dostlarına və cəmiyyətimizə böyük zərər vurmuş keçmiş səhvlərə görə peşmanıq. Cənab Lonqa və ailəsinə onlardan alınanları tam şəkildə qaytara biləcək heç bir vasitə yoxdur. Keçmiş səhvləri düzəltmək və məsuliyyət daşınması üçün əlimizdən gələni edirik”, - bəyanatda vurğulanıb.